Füzulidə bayram sovqatları paylanıldı

18.03.2016 - 12:08

president_icra_hakimiyeti_290814_02(1)Novruz bayramı münasibətilə Füzuli rayon İcra Hakimiyyəti tərəfində füzulili məcburi köçkünlərin sıx məskunlaşdıqları Bakı, Sumqayıt şəhərlərində, Beyləqan, İmişli Sabirabad rayonlarında məskunlaşan şəhid ailələrinə, o cümlədən rayon ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ əlillərinə bayram sovqatları paylanmışdır. Hər bir bayram sovqatının tərkibində un, duru yağ, düyü, şəkər tozu, çay və digər ərzaq məhsulları olmuşdur.

Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən bayram sovqatları şəhid ailələrinə və Qarabağ əlillərinə təqdim olunmuş, onların Novruz bayramları təbrik edilmişdir.

Şəhid ailələri və Qarabağ əlilləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Bildiriblər ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədım el bayramıdır. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı həm də birlik, bərabərlik, həmrəylik bayramıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=58166

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31