“Bu kolbasanı heç it yemir, biz yeyirik…” – Aytən Səfərova
Aparıcı Aytən Səfərova Azərbaycanda istehsal olunan kolbasaların keyfiyyətsizliyindən şikayətlənib.
Aparıcı xanım firmanın adını çəkməsə də, aldığı kolbasanı bəyənməyib və sərt şəkildə fikrini bildirib:
“Azərbaycanda istehsal edilmiş (firmanın adını çəkməyəcəm) kolbasanın bir parçasını atdım küçədə itə, it iylədi, amma yemədi. Başqa it də gəldi, burnunu gəzdirdi, təəssüf dolu gözlərlə mənə baxdı və getdi. Bu, nəmənədi?! İtin də yemədiyi “kolbasa”nı biz yeyirik?!”.

Short URL: http://www.cumhuriyyet.net/?p=58176