Sabah Bakıda 1 saatlıq işıqlar söndürüləcək

18.03.2016 - 14:23

dsSabah Bakıda saat 20:30-21:30 arası bir sıra obyektlərin işıqları söndürüləcək.

BAKU.WS-in məlumatına görə, bu ilki tədbirə bir çox təşkilatlar və qurumlar binalarının fasad işıqlarını bir saatlıq söndürərək iqlim dəyişikliyinə qarşı mücadiləyə qoşulacaqlar.

“Yer saatı – 2016” kampaniyası Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və GREEN BAKU Ekoloji Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcəkdir. Bu ilki tədbir Bakı şəhərində “İqlim dəyişikliyinə Bir İşıq Saç!” şüarı altında qeyd ediləcəkdir.

Qeyd edək ki, “Yer saatı” kampaniyası ilk dəfə Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) tərəfindən 2007-ci ildə Avstraliyada başladılmışdır. Kampaniyanın məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı fəsadlara yönəltməkdir. “Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məhşur binaların fasad işıqları bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə insanları enerjiyə qənaət edilməsinə təşviq edirlər. Məlum olduğu kimi, elektrik enerjisinin alınması nəticəsində atmosferə buraxılan istixana qazları iqlim dəyişikliyinin başlıca səbəblərindən hesab olunur. Bununla əlaqədar, “Yer saatı” aksiyaları zamanı enerjidən davamlı istifadə xüsusi vurğulanır.

Hər il mart ayının son şənbə günü qeyd olunan “Yer saatı” kampaniyasına beynəlxalq ictmaiyyət tərəfindən diqqətin artması müşahidə olunur və bunun nəticəsi olaraq, 2015-ci ildə dünyanın 172 ölkəsinin 7000-dən çox şəhəri və bir milyarda yaxın insan bu kampaniyaya qoşulmuşdur.

WWF-in Azərbaycan nümayəndəliyi və GREEN BAKU Ekoloji Gənclər Birliyi 2016-cı ilin 19 mart tarixində Bakı şəhərində “Yer saatı” kampaniyası çərçivəsində maraqlı tədbirlər və müsabiqə keçirəcəkdir. Eyni zamanda şəhərimizin ən məhşur binaları fasad işıqlarını bir saat müddətində söndürərək bu kampaniyaya dəstək verəcəklər. Kampaniyada iştirak etmək istəyən dövlət və özəl təşkilatları, eləcə də gəncləri və şəhər əhalisini tədbirdə iştirak etməyə dəvət edirik.

Bundan əlavə, facebook sosial şəbəkəsinin istifadəçiləri http://www.changeclimatechange.org vebsaytından öz profil şəkillərini dəyişərək və Yer Saatı haqqında məlumatları öz səhifələrində bölüşərək kampaniyaya dəstək verə və “Yer saatı-2016” tədbirin detalları ilə facebook səhifəsində və vebsaytdan tanış ola bilərsiniz.

Short URL: http://www.cumhuriyyet.net/?p=58226

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31