Dilqəmdən məktub: “Nazlım, sənin üçün çox darıxmışam”

18.03.2016 - 15:28
dilqemErmənilər tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov ailəsinə məktub yazıb.
Bu barədə AzVision.az-a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.
D.Əsgərov məktubunda vəziyyətinin yaxşı olduğunu yazıb: “Narahat olmayın, vəziyyətim normaldır. Həbsxanada bizə su və çörək verirlər. Məndən hamıya salam deyin”.
Kəlbəcər girovu kürəkəninə yazdığı məktubda nəvəsi üçün darıxdığını qeyd edib: “Nazlımı çox istəyirəm. Ona deyin ki, çox darıxmışam”.
Xatırladaq ki, ötən ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb. Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
Qanunsuz “məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=58240

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31