İsmayıllının yeni polis rəisinə oğurluq sürprizi

19.03.2016 - 01:11

polis11İsmayıllı rayon polis şöbəsinə daxili işlər naziri general polkovnik Ramil Usubov cənablarının müvafiq əmri ilə polis polkovniki Telman Ağasıyev təyinat alıb. Yeni rəisi 18 mart tarixində nazirliyin yetkilisi şəxsi heyətə təqdim edib.İşə yenicə başlayan rəis rayonda surprizlə qarşılaşıb. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə 18 mart tarixində günorta vaxtı rayon sakini Arif İsmayılova məxsus evdə oğurluq hadisəsi baş verib. Hadisə ilə bağlı ərazidə rayon polis şöbəsinin bütün şəxsi heyəti və yeni rəisin özü də şəxsən iştirak edib.
Hadisə barəsində evin xanımı Gülmayə Səlimovanın cumhuriyyet.az-a dedikləri: Mən bu gün evdə olmamışam. Həyat yoldaşım Arif İsmayılov təxminən 12:15 radələrində mağazaya çörək almaq üçün gedib. Baş verənlər də bundan sonra olub. Qıfılı qıran oğrular evə daxil olublar və sandığı sındıraraq yeddi yüz manat (700) pulu və qızıma, oğluma məxsus qızıl-zinət əşyalarını aparıblar. Qonşuluqda Umudov Bəkir deyilən şəxs var. Onun nəvəsindən şübhələnirik. Çünki qonşuluqda yaşayan yaşlı qadın dəfələrlə məhəllədə söhbət əsnasında nəvəsinin əlindən bezdiyini qeyd edirdi. Söyləyirdi ki, evimdə qab-qaşıq da qalmayıb,fürsət düşən kimi aparıb satıb. Hazırda yoldaşım rayon polis şöbəsindədir.
Cumhuriyyət.az olaraq qeyd edirik ki, Arif İsmayılov uzun illər rayon mərkəzi xəstəxanasında yoluxucu xəstəliklər şöbəsinin müdiri vəzifəsində çalışıb,hazırda təqaüddədir. Qeyd edək ki, İsmayıllıya yeni təyinat almış polis rəisi Telman Ağasiyev Quba rayon polis şöbəsinin rəisi vəzifəsindən azad edilərək, İsmayıllı rayonuna polis rəisi vəzifəsinə təyin edilib.
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Yazıda adları çəkilən bütün şəxslərin fikrini dinləyib dərc etməyə hazırıq.
Elçin İsmayıllı. Cumhuriyyət.az

Short URL: http://www.cumhuriyyet.net/?p=58282

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31