Bakı küçələri suyun altında qalıb – VİDEO

21.03.2016 - 09:49

kuceBu gün paytaxt Bakıda yağmağa başlayan güclü yağış bəzi yollarda nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Cümhuriyyət.az Report-a istinadən xəbər verir ki, Ziya Bünyadov prospektinin Əliyar Əliyev küçəsi ilə kəsişməsində, dəmiryolu üzərində yerləşən yol ötürücüsündə (keçmiş Çermet körpüsü) körpüyə qalxan və oradan düşən istiqamətdə yağış suları toplanıb. Nəticədə həmin yerdən keçən sürücülər çətinliklə üzləşiblər.

Yağış suyunun hündürlüyü təxminən 30-40 sm olduğundan, minik maşınlarının bəzilərinin içərisinə su dolub. Hətta əks istiqamətdə hərəkət edən bir neçə maşın xarab olaraq suyun ortasında qalıb.

Hadisə yerinə Post Patrul maşını gəlib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yağmurlu hava sabah da davam edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=58349

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31