Məmurlara daha bir QADAĞA

22.03.2016 - 18:45

memurRusiyada dövlət məmurları artıq istədikləri maşını ala bilməyəcək. Azvision.az-ın məlumatına görə, bu barədə baş nazir Dmitri Medvedyev hökumətin iclasında bildirib.

O, qeyd edib ki, artıq məmurlar istənilən gücdə maşın ala bilməyəcəklər.

Belə ki, dövlət satınalmaları qaydalarına edilən dəyişikliyə əsasən, avtomobillərin gücü yüksək vəzifəli məmurlar üçün 200 at gücündən, adi xidməti avtomobillərdə isə 150 at gücündən artıq olmayacaq.

Baş nazir bildirib ki, bu qərar bahalı avtomobillərin alınmasının və israfçılığın qarşısını alacaq.

Qeyd edək ki, Rusiyada məmurlar üçün alınan avtomobillərin qiymətinə də limit qoyulub. Qaydalara görə yüksək vəzifəli məmurlar belə, qiyməti 2,5 milyon rubla və ya 35 min dollardan baha avtomobil ala bilməzlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=58392

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31