Qaya parçaları Quba-Xınalıq yolunu bağladı

23.03.2016 - 10:57

qayala-yolQuba-Xınalıq yoluna qaya parçası düşüb. Hadisə sözügedən istiqamətin 36-cı km-liyində qeydə alınıb.

Cümhuriyyət.az report-a istinadən bildirir ki, dağ parçası çox böyük olduğundan, əraziyə gələn xüsusi texnika onu yoldan kənarlaşdıra bilməyib.

Hadisə nəticəsində bir neçə avtomobilə ziyan dəyib. Bəzi sürücülər yoldan geri qayıdıblar.

Quba 6 saylı Yol İstismar İdarəsinin baş mühəndis əvəzi Xanlar Qeybullayev bildirib ki, yolların mütəmadi təmizlənməsi işi davam etdirilsə də, uçqun təhlükəsi hələ də qalmaqdadır.

Bundan əlavə, ötən gün Xınalığa 40 santimetrə qədər qarın yağması kəndə gedən turistlər üçün problem yaradıb. Hazırda Quba-Xınalıq yolunun bəzi hissələrində hələ də buz örtüyünün və qaya parçalarının olduğu müşahidə edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=58441

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31