Tələbə qıza sataşan gənci öldürən ”qanuni oğru” – ” Lotu Mamed”

23.03.2016 - 14:09

lotu-mamedBu gün “oğru” aləminin məşhur avtoritetlərindən olan “Masallı Mamed”in vəfat etdiyi gündür. Qeyd edək ki, Masallı Mamed 2011-ci ildə həbsxanada dünyasını dəyişib. Cebhe.info “qanuni oğru” Masallı Mamed haqqında bəzi məlumatları təqdim edir.

1960-cı ildə Masallıda anadan olan “qanuni oğru” ilk dəfə 17 yaşında məhkum olunub. Bu məhkumluq “Masallı Mamed”in atası İsgəndər Hüseynova görə baş verib. Univermaqda şöbə müdiri işləyən İsgəndər Hüseynovun xanım işçilərindən biri polisinin şərinə tuş gəlib. İsgəndər Hüseynov qızı həbsxanadan qurtarmaq üçün onun “təqsirini” öz üzərinə götürüb. Bu məsələ ilə bağlı məhkəmə prosesi davam edərkən 18 yaşlı “Masallı Mamed” həmin polislə görüşüb və ondan ifadəsini geri götürməyi tələb edib. Lakin polis gənc Mamedin sözünü qulaqardına vurub. Masallının sayılıb-seçilən güləşçilərindən olan Mamed polisi döyüb.

Bu əməlinə görə məhkəmə onun 3 il məcburi əməyə cəlb olunması barədə hökm çıxarıb. Bu olaydan qısa müddət keçdikdən sonra Bakıya gələn Mamed tələbə qohumu ilə şənliyə gedib. Şənlikdə tələbə qıza sataşan bir oğlanla mübahisəsi düşüb. Mamed həmin oğlanın qızı küçə söyüşləri ilə təhqir etməsinə dözməyərək bıçağa əl atıb. Həmin oğlanı qətlə yetirəndən sonra Mamedə ölüm hökmü ilə üzə-üzə qalıb. Lakin atası İsgəndər Hüseynov oğlunu güllələnmədən qurtara bilib.

Mamed 15 il azadlıqdan məhrum edilib. Mamed cəzasının 5 ilini çəkmək üçün Şuşadakı qapalı həbsxanaya göndərilib. O zaman “Qapalı Şuşa” kimi məşhur olan bu həbsxana Azərbaycanda ən ağır şəraitli, qanunların işləmədiyi həbsxana kimi tanınırdı. Həbsxanadakı özbaşınalığı, ədalətsizliyi görən Mamed bütün bunlara qarşı mübarizəyə başlayır. Onun əsas hədəfi həbsxana rəhbərliyi ilə əməkdaşlıq edən və məhkumların hüquqlarının pozulmasında bilavasitə rol alan dustaqla olur. Mamed onlardan birini cəzalandırır.

Bu hadisə onun “Şuşa krıtısı”ndan uzaqlaşdırılması ilə nəticələnir. Mamed bu həbsxanadan da ağır rejimli Qroznı həbsxanasına göndərilir. 1992-ci ildə mart ayında azadlığa çıxan Mamed həmin ilin noyabrın 4-də, doğum günündə ailə həyatı qurur. Bununla belə kriminal həyatını da davam etdirir. 1993-cü ilin dekabrında Bakıdakı “Leyla” şadlıq evində “qanuni oğru”lar “Lotu Bəxtiyar”, “Sabirabadlı Hikmət”, “Dağlı Cavanşir”, “Yetim Hüseyn”, “Ənvər Sovetski” və “İrəvanlı Faiq”in iştirakı ilə Mamedə “qanuni oğru” titulu verilir. Bundan sonra “Masallı Mamed” daha bir neçə dəfə məhkum olunur. Sonuncu dəfə 2010-cu ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilib.

Bəzi məlumatlara görə, 2006-cı ildə qanunsuz silah gəzdirməyə görə Bakıda həbs olunarkən həbsxanada zəhərlənib. Məhkumlardan biri onun yeməyinə zəhər qatıb. Bundan sonra “Masallı Mamed”in səhhətində ciddi problemlər yaranıb. Elə səhhətindəki problemlərə görə də 2011-ci ildə dünyasını dəyişib. Lakin bəziləri iddia edir ki, onu həbsxanada ikinci dəfə zəhərləyərək öldürüblər.

Ölkə.az

Short URL: http://www.cumhuriyyet.net/?p=58473

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31