Sabah Bakıda 20 dərəcə isti olacaq

24.03.2016 - 12:26

yazBakıda və Abşeron yarımadasında martın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cümhuriyyət.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən xəbər verir ki, Bakıda səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti olacaq. Bakıda gecə 7-9, gündüz 18-20 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi yerlərdə şimşək çağacağı, yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 18-23, bəzi yerlərdə 26 dərəcə isti olacaq. Dağlarda gecə 0-5 dərəcə isti, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcə isti olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=58588

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31