Bakıda ölüm saçan “kamikadze” sürücü – VİDEO

24.03.2016 - 14:49

surucuBakının Xətai rayonu ərazisində, Məhəmməd Hadi küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan 99-CT-422 dövlər nömrə nişanlı betonqarışdıran yük maşını kəskin manevrlər edir, digər sürücülər üçün təhlükə yaradır. Onun bu hərəkətləri sürücülərdən biri tərəfindən qeydə alınıb.

Cümhuriyyət.az Avtosfer.az-a istinadən xəbər verir ki, video martın 22-də çəkilib. Yük maşını kəskin şəkildə manevrlər edir, digər sürücülər üçün təhlükə yaradır.

Hətta belə görünür ki, o, sərxoşdur və maşını “8 yaza-yaza”sürür. Bəzənsə qəsdən digər maşınların üstünə sürüb qəza şəraiti yaradır.

Bunu görən digər sürücülərin ona irad tutmasına baxmayaraq, o hərəkətlərindən qalmır və özünə haqq qazandırır.

Hadisə şahidlərinin bildirdiyinə görə, Babək prospektində, “Maşın bazarı”nın yaxınlığında sürücülər onu saxladaraq, döyüblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=58616

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31