Sabirabadlı müəllimlərdən etiraz

25.03.2016 - 10:23

sabirabadSabirabad rayonundan cumhuriyyet.az-a aşağıdakı məzmunda şikayət ərizəsi daxil olub. Bəri başdan qarşı tərəfə də cavab haqqı tanıdığımızı bildirərək məktubu olduğu kimi təqdim edirik:
“Onlarla müəllimin hüququ Kapital Bank ASC-nin Sabirabad filialının əməkdaşları və M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin direktoru Mustafayeva Diləfruz Əbil qızı tərəfindən pozulmuşdur. 01.07.2015 il tarixindən zərərçəkən müəllimlər Sabirabad Rayon Prokurorluğuna şikayət ərizələri ilə rəsmi surətdə müraciət etmişlər.
Sabirabad rayonu M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin direktoru Mustafayeva Diləfruz Əbil qızı bir qrup müəllimlərə qarşı dələduzluq etməsiylə faktına görə 15 iyul 2015-ci il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Sabirabad rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi Şahin Abdulov tərəfindən cinayət işi başlanmışdır.
04 sentyabr 2015-ci il tarixdə Diləfruz Mustafayeva Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuş, Sabirabad rayon məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Lakin kimlərinsə təzyiqi nəticəsində külli miqdarda dövlət vəsaiti mənimsəmiş cinayəkar direktor barəsində 05 sentyabr 2015-ci il tarixdə bu qərar dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Onu da qeyd edim ki, bu cinayət işinə əlavə olaraq 308.1 maddəsi ilə 06.12.2015-ci il tarixində Sabirabad rayon Prokurorluğu tərəfindən sabiq direktora qarşı ittiham elan olunmuşdur. 2015-ci ilin dekabr ayında bu cinayət işinin gedişatının düzgün aparılmadığı üçün zərərçkən müəllimlərin Baş Prokurorluğa edilən əsaslı şikayətlərindən sonra Cinayət işi Sabirabad Polis şöbəsindən alınaraq Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqinin icraatına verilmişdir.
Zərərçəkən müəllimlər qaldırılmış cinayət işinin istintaq mərhələsinin doqquz aydan çoxdur ki, davam etməsi ucbatından əmək haqlarını plastik kartdan ala bilmirlər, çünki Kapital Bank maaş köçən kimi kredit məbləğini tutur, dəfələrlə rəsmi surətdə bank rəhbərliyinə müraciət olunsa da heç bir nəticə olmamışdır. Biçarə qalan müəllimlərdən bəziləri Sabirabad rayon məhkəməsinə rəsmi surətdə müraciət edərək mülki iş üzrə iddia qaldırmışlar, kimlərinsə təzyiqi ilə sabiq cinayətkar direktorun ev dustaqlığı Sabirabad Rayon Məhkəməsi tərəfindən hər dəfə dəfələrlə artırıldığı üçün maddi rifahımız acınacaqlı vəziyyətə düşmüşdür”.

Short URL: http://www.cumhuriyyet.net/?p=58699

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31