Faciə: Gənc gəlin qonaq getdiyi ata evində öldü

27.03.2016 - 00:47

rrXaçmaz rayonunda dəm qazından ölüm faktı qeydə alınıb. ANS PRESS-in məlumatına görə, hadisə rayonun Həbibkənd yaşayış məntəqəsində baş verib. Atası evinə qonaq gələn Sumqayıt sakini Sevinc Kamil qızı Əzizova dəm qazından zəhərlənmə və termiki yanıq xəsarəti ilə xəstəxanaya gətirilib. Həkimlərin səylərinə baxmayaraq 36 yaşlı qadını xilas etmək mümkün olmayıb.
Tibbi ekspertizadan keçirildikdən sonra meyit ailəsinə verilib. Xaçmaz rayon prokuroru Elxan Abdulrəhimov faktı təsdiqləyib. Bildirib ki, ölümün səbəbi ekspertizadan sonra məlum olacaq. “Azəriqaz”ın Xacmaz rayon şöbəsi hadisə baş verən yerdə yoxlamalara başlayıb. İlkin məlumata görə, Sevinc Əzizova hamamda çimərkən dəm qazından zəhərlənib. Faktla bağlı araşdırma aparılır.
Analoji hadisə bayram günü Lənkəranda baş verib. Martın 21-də Lənkəran rayonunun Xarxatan kəndində dəm qazından ölüm hadisəsi baş verib. 1961-ci il təvəllüdlü kənd sakini Hüseynova Vüsalə Xudaqulu qızı vanna otağında huşsuz vəziyyətdə aşkar olunub. O, təcili olaraq Lənkəran mərkəzi rayon xəstəxanasına çatdırılsa da, həkimlər qadının həyatını xilas edə bilməyiblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=58857

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31