AZAL-da növbəti özbaşnalıq: İnsanlara bilet “atmağa” çalışdılar

28.03.2016 - 11:23

azalÖlkə üzrə saatların geri çəkilməməsi bir sıra dövlət və qeyri-dövlət qrumlarında iş ahənginə ciddi təsir göstərib. Buna səbəb rejimə vətəndaşların uyğunlaşa bilməməsi deyil. Səbəb sadəcə səhlənkarlıqdır. Belə ki, martın 28-i səhər tezdən “AZAL” avioşirkətinə aid bütün təyyarələr uçuşlarını köhnə qrafikə uyğun reallaşdırıblar. Yəni məsələn 07.45-də Bakı-İstanbul reysi ilə ucacaq insanlar aeroporta bir saat öncə gəlmələrinə baxmayaraq təyyarə artıq havada olub. İnsanların kütləvi etirazları əvvəlcə heç nəyi dəyişməsə də sonradan emosiaların qızışması növbə rəislərinin işə qarışması ilə nəticələnib. Vəziyyəti düzəltməyə çalışsalar da baş verənlər vətəndaşların ciddi narazılığına səbəb olub. İnsanlarla “AZAL” rəsmiləri arasında yaranmış gərginlikdən sonra şirkət biletləri növbəti reysə dəyişdirməyə razılıq verib. Bu artıq halal pulu ilə bilətini alan adamlara mitnnətdir. Yaratdıqları narahatlığa görə üzr istəmək əvəzinə insanlara minnət eləmək, ya da ki, biletləri “bilet yoxdur” deyib də dəyişdirməməyə çalışmağın adı isə insanlara pul və bilet “atmaqdır”… Ha qışqırıb bağırsanız da bunun alayı adı yoxduq cənablar!…
Emin Abdullayev adlı sərnişinə iki ay sonraya bilet əvəzləməsinin mümkün olduğunu deməyinizsə lap böyük olaydı. Adam iki ay bundan qabaq biletini məhz o üzdən bu günə alıb ki, bu arada Nyu-Yorkda vacib işi var. Adamı belə ələ salmazlar. Vacib işlərini bu qədər alt-üst eləmək olmaz insanların.
Bir də bu minnətli dəyişdirmə əməliyyatınız kimin nəyinə lazımdır ki?! Özü də o məqamda ki, adamlarda nəinki “AZAL”ın heç dədəsinin də minnətini götürəcək qədər beyin, əsəb qalmayıb. Bir də ki, əhval-ruhiyyəsi yerində, səhər tezdən işinin-gücünün dalıyca gedən adamları nə qədər əsəbləşdirib bu dövlətin üstünə qaldırmaq olar, onu anlamaq çətin məsələdir.

O üzdən gərəkdir biri Cahangir müəllimə mütləq anlatsın ki, bura dünyanın bir parçası olmaqla yanaşı, həm də Azərbaycandır. O Azərbaycan ki, pulunu qazanıb, torpağında yaşayıb, havasını udub, yeməyini yeyib, lüks həyat yaşayırsınız. Heç olmasa sıravı insanlarına sayğılı davranın…

Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə və KİV-də Azərbaycanın əməkdar artisti Lalə Məmmədovanın “AZAL” prezidenti Cahangir müəllimə rəsmi məktubu müzakirə mövzusu idi.
Müğənnin “AZAL”-ın əməkdaşlarının az qala tualet kağızlarına da ekonom elədiyinə narazılığını bildirirdi.
Ona qədərsə “AZAL”-ın vətəndaşlara təklif etdiyi yeməklərin keyfiyyətsizliyi müzakirə mövzusu idi.

Bu gün səhər isə az qala ölkədə il yarımdır müzakirə olunan saatlar irəli-geri çəkilməyəcək məsələsindən sonra, o boyda “AZAL”ın və bu boyda Cahangir müəllimin saatların nə irəli, nə geri çəkilməyəcəndən xəbəri olmayıbsa, hamı çəkilib dursun qıraqda, meydan Azərbaycan hökumətinin olmalıdır. Yəni bu ölkənin zamanla işləyən, zamandan başqa heç nə sələhiyyətinə daxil olmayan, zamanın onun üçün həm də pul demək olduğunu vecinə almayan, insanlarla sayğısız davranan bu yekəlikdə məmuru, iş adamı, dövlət rəsmisi varsa, gör biz nə gündəyik!..

Bizimyol.info

Short URL: http://www.cumhuriyyet.net/?p=58915

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31