Azərbaycanda əsgərliyə getmə yaşı dəyişdiriləcək

28.03.2016 - 11:13

esger4Təhsil Nazirliyində 12 illik ümumi təhsilə keçidlə bağlı müzakirələr davam etdirildiyindən və bu sahədə gələcəkdə qanunvericilikdə dəyişikliklərin olduğu halda, hərbi xidmətə çağırışla əlaqədar “Hərbi xidmət haqqında” əsasnaməyə yenidən baxıla bilər.

Bunu Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, polkovnik Murad Həmidov APA-nın “12 illik ümumi təhsilə keçidlə bağlı hərbi xidmətə çağırış yaşı dəyişdirilə bilərmi” sorğusuna cavab olaraq bildirib.

Qeyd edək ki, Təhsil Nazirliyində 12 illik ümumi təhsilə keçidin strukturu, məzmunu və bu məsələnin cəmiyyətə çatdırılması yolları barədə müzakirələr aparılır. Eyni zamanda, Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov bildirib ki, Azərbaycanda 12 illik təhsilə keçidlə bağlı qanunvericilikdə dəyişiklik ediləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=58931

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31