Putinin kürəyini yerə vuran azərbaycanlı: “Putinlə rəqib oldum və onu məğlub etdim”

28.03.2016 - 14:50

putin-adilBu gün Azərbaycanın tanınmış idmançısı, eyni vaxtda üç idman növü üzrə (cüdo, sambo, güləş) SSRİ idman ustası Adil Sadıqovun doğum günüdür.

Ölkə.az xəbər verir ki, bu gün sənətçi “Dünya” televiziyasında 69 yaşını qeyd edib.

Qeyd edək ki, Sadıqovu idman tariximizə salan başqa bir məqam onun Rusiyanın hazırki prezidenti Vladimir Putini məğlub etməsi olub. Məşhur idmançı əməkdaşımızla söhbətində həmin yarışı belə xatırlayıb:

“Mən Putindən beş yaş böyüyəm. 1972-ci ildə Qorkidə Sovet ittifaqı Qəhrəmanı Talanuşkinin xatirəsinə həsr olunmuş sambo turniri keçirilirdi. İlk mərhələdə Leninqradın “Breveşnik” cəmiyyətini təmsil edən Vladimir Putinlə rəqib oldum və onu məğlub etdim. Həmin turnirdə Putin yer tuta bilmədi, mən üçüncü oldum. Sonradan Putinlə yox, amma onun məşqçisi Raxlinlə yaxın dost olduq. Deyim ki, Putin Raxlini atasından da çox istəyirdi”.

Short URL: http://www.cumhuriyyet.net/?p=58999

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31