Toyuna bir neçə gün qalmış nişanlısını öldürdü – DƏHŞƏTLİ QƏTL

28.03.2016 - 22:49

bicaq1Rusiyada nişanlısını qətlə yetirən azərbaycanlı daha sonra polisə könüllü təslim olub. Cumhuriyyet.az-ın ans press-ə istinadən məlumatına görə, polis əməkdaşları Sovet küçəsindəki 77 saylı mənzilə baxış keçirərkən orada 35 yaşlı qadın meyiti aşkarlayıblar. Aparılan araşdırmalar nəticəsində onun üzərində təxminən 20 bıçaq zərbəsi aşkarlanıb.
Dərhal faktla bağlı cinayət işi açılıb və şübhəli şəxs qismində öldürülən qadının 25 yaşlı nişanlısı saxlanılıb. Saxlanan şəxs qətli törətdiyini etiraf edib və nişanlısını qısqanclıq zəminində öldürdüyünü deyib. Onların bir neçə gün sonra toyunun olacağı bildirilir.
Rusiya Daxili İşlər Nazirliyinin Lipetsk vilayəti üzrə istintaq şöbəsinin rəhbəri Vitali Çvanovanın sözlərinə görə, araşdırma aparılarkən məlum olub ki, əslən Azərbaycandan olan kişi beş yaşından Rusiyanın Lipetsk şəhərində yaşayır: “O, cinayəti törətdikdən sonra Moskvaya gələrək Azərbaycana qaçmaq üçün təyyarə bileti almaq istəyib. Amma vicdan əzabı onu rahat buraxmayıb. O, “biz özümüzdən qaça bilmərik” deyib və Lipetskə qayıdaraq polisə təslim olub”.
25 yaşlı azərbaycanlının bundan əvvəl də oğurluq faktına görə məhbus həyatı yaşadığı qeyd olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=59030

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31