Hamını güldürən Arif Quliyevin həyatından ürəkparçalayan fakt

29.03.2016 - 00:19

rrATV-nin efirində yayımlanan “Bir sevgi tarixçəsi” verilişində aktyor Arif Quliyev internat evindəki xatirələrini danışaraq, göz yaşlarını saxlaya bilmədi:
“O illərimi unuda bilmirəm. İnternat məktəbində oxuyurdum. Bir uşağın yanına valideynləri gəlmişdi. Valideynləri ona yemək, qarpız, birdə noğul konfeti gətirmişdi. Məndə pəncərədən onlara baxırdım. Diqqətlə o uşağa baxırdım ki, onu necə qucaqlayırlar, yeməyi ona necə yedirdirdilər.Fikirləşirdim ki, mənim yanıma heç kim gəlmir. Sonra o uşağın valideynləri gedəndən sonra o uşağa yaxınlaşıb, noğul istədim. Amma o vermədi. Dedi ki, bunu mənə anam gətirib. Ağlaya-ağlaya otağa gedib, uzandım. 2 gün yerimdən dura bilmədim. Televizora baxanda gördüm ki, Lütfiyar İmanov oxuyur. Mən ona bir məktub yazdım. Yazdım ki: Hörmətli sənətkar Lütfiyar müəllim mən internat məktəbində oxuyuram. Mənim heç kimim yoxdu. Mənə noğul göndərməsini xahiş etdi. 1 həftə sonra mənə bir qutu noğul göndərdi. Noğulu hamıya payladım, baxdım ki, mənə noğul verməyən uşaq kənardan baxır. Çağırıb, noğuldan ona da verdim”.

Short URL: http://www.cumhuriyyet.net/?p=59059

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31