Sabah hava necə olacaq?

29.03.2016 - 12:31

bulud yagisBakıda və Abşeron yarımadasında martın 30-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda isə gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah arabir yağış yağacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntıda qısa fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək..

Havanın temperaturu gecə 2-7, gündüz 10-15 dərəcə isti, dağlarda isə gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=59097

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31