Moskvadan Gəncəyə və Qəbələyə aviareyslər təxirə salındı
“Ural Hava Yolları” aviaşirkətinin “Domodedovo” hava limanından Moskva-Qəbələ və Moskva-Gəncə üzrə reysləri təxirə salınıb.
Bu barədə hava limanının saytında yerləşdirilmiş məlumatda deyilir.
Təyyarələr “Domodedovo” hava limanından Qəbələ və Gəncəyə martın 30-da yerli vaxtla 09:10-da uçmalı idi.
Reyslərin təxirə salınması səbəbi qeyd olunmayıb. (“Trend”)
Short URL: http://www.cumhuriyyet.net/?p=59257