Bu mesaj sizə gəlsə – Aldanmayın, DİQQƏTLİ OLUN!

31.03.2016 - 10:17

mesajBakıda vətəndaşları aldatmağa çalışan kontur dələduzları yenə də iş başındadır.

“Qafqazinfo”ya müraciət edən vətəndaş bu gün axşam saatlarında ona 050-856-92-75 nömrəsindən mesaj, daha sonra isə sözügedən nömrədən zəng gəldiyini qeyd edib. Zəng edən şəxs səhvən vətəndaşa 40 manatlıq kontur göndərdiyini və qaytarmasını xahiş edib.

Dələduzun toruna düşən vətəndaş isə balansında olan 6 manatlıq konturu təcili sürətdə sözügedən nömrəyə göndərib. Daha sonra balansında kontur qalmadığını görəndə aldadıldığını hiss edib.

Məsələni öyrənmək üçün həmin şəxsə dəfələrlə zəng vursaq da, sözügedən nömrəyə zəng çatmayıb.

Qeyd edək ki, bu tip hadisələr dəfələrlə sadə vətəndaşların başına gəlib. Maraqlıdır ki, insanlar belə dələduzların toruna asanlıqla düşür.

Short URL: http://www.cumhuriyyet.net/?p=59367

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31