Həcc ziyarətinə sənəd qəbulu başladı

01.04.2016 - 11:02

heccAzərbaycanda bu gündən etibarən Həcc ziyarətinə sənəd qəbulu başlayır.

Qafqaz Müsəlmanları idarəsindən (QMİ) verilən məlumata görə, ölkədə Həcc ilə bağlı sənəd qəbulu yalnız idarə tərəfindən aparılır. Zəvvarlardan xarici pasport, qeydiyyatda olduğu ərazi poliklinikasından sağlamlıq haqqında arayış və 4×6 sm 4 ədəd fotoşəkil tələb olunur. Vizalar QMİ tərəfindən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyindən alınacaq.

Qeyd edək ki, ötən gün Azərbaycanda ziyarətin qiymətləri açıqlanıb. Hər il olduğu kimi, bu il də zəvvarlara ziyarət iki formada təklif olunur. Daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşdirmə şərti təklif olunan variantın xərci 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq üçün təklif olunan variant isə 3500 dollardır. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar ziyarət yalnız təyyarə ilə baş tutacaq. Uçuşları AZAL həyata keçirəcək.

APA.az

Short URL: http://www.cumhuriyyet.net/?p=59496

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31