Nazirlər Kabineti qərar verdi: qaz kəsiləcək

01.04.2016 - 12:10

qazAzərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparıldığı zamanlarda qazın verilməsi dayandırıla bilər.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların – Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında da qazın verilməsi dayandırıla bilər.

İndiyədək istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda qazın verilməsi dayandırıla bilərdi.

Yeni dəyişikliklərdən sonra isə bu hal zamanı dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna hesab ediləcək. Yəni istehlakçının müvafiq yazılı müraciəti (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla, qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda qazın verilməsi dayandırılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=59509

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31