Paytaxta giriş saatı dəyişdirildi

29.04.2016 - 12:04

masinRayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya buraxılış saatları mayın 1-dən dəyişəcək.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 9 mart 2016-cı il tarixdə “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarına etdiyi dəyişikliyə əsasən, yük və rayon qeydiyyatında olan minik avtomobillərinin yay və qış rejimlərində Bakıya buraxılmasına dair qrafikdə dəyişiklik edilib. Yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək saat 07:30-dan 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, yük və rayon qeydiyyatında olan minik avtomobilləri saat 21:00-dan 7:30-a qədər şəhərə daxil ola bilər.

Qeyd edək ki, qış rejimi qrafikinə əsasən, oktyabrın 1-dən mayın 1-dək saat 07:30-dan 20:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, saat 20:00-dan 7:30-a qədər yük və rayon qeydiyyatında olan minik avtomobilləri şəhərə daxil olacaq.

Xatırladaq ki, Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli Protokoluna əsasən Yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək saat 07:00-dan 22:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmırdı, yük və rayon qeydiyyatında olan minik avtomobilləri saat 22:00-dan 7:00-a qədər şəhərə daxil ola bilərdi. Qış rejimi qrafikinə əsasən isə oktyabrın 1-dən mayın 1-dək saat 07:00-dan 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmırdı, saat 21:00-dan 07:00-a qədər yük və rayon qeydiyyatında olan minik avtomobilləri şəhərə daxil ola bilərdi. ətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli Protokolunda 9 mart 2016-cı il tarixdə müvafiq dəyişikliklər edilib və yeni rejim tətbiq olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=62825

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930