Milli Məclisin sədr müavini futbolçuların alınıb-satılması barədə

29.04.2016 - 14:13

ziyafet-esgerovMilli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədri Ziyafət Əsgərov idman jurnalistlərinə narazılığını bildirib.

Milli Məclisin bu gün keçirilən iclasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatının müzakirəsi zamanı Z.Əgərov bildirib ki, jurnalistlər, media nümayəndələri futbolçuların transferi ilə bağlı informasiya hazırlayarkən ciddi yanlışlığa yol verirlər: “Məsələn, bəzən ciddi bir mətbuat orqanında “Filan futbolçu 60 milyona satıldı”, yazırlar. Və yaxud da “Filan klub filan futbolçuya neçə milyon dollar ödədi”, “Filan futbolçunun qiyməti açıqlandı” və sair. Qardaşım, bu, uzaq başı müqavilənin qiyməti olar, futbolçu alınıb-satılmır axı. Biz burada insan alverinə qarşı mübarizədə maarifləndirmədən danışırıq, amma mətbuat nümayəndələri şüuraltı görün nələri aşılayır? Buna son qoymaq və diqqətli olmaq lazımdır”. (APA)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=62847

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031