Füzulidə baramaçılıq bərpa olunur

18.05.2016 - 10:45

_DSC0228Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikada baramaçılığın inkişafına dair tapşırıqlarının icrası Füzuli rayonunda ciddi nəzarətdə saxlanılır. Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın uzun fasilədən sonra bərpa edilməsi füzulili məcburi köçkünlər tərəfindən müsbət qarşılanıb. Baramaçılıq 70-80-ci illərdə Füzuli rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən hesab olunurdu. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzülə uğrayan baramaçılığın uzun fasilədən sonra bu il bərpa edilməsi, hazırda bazarda 1 kq baramanın qiymətinin 8 manat olması rayon sakinlərinin bu sahəyə marağını artırıb.

Rayonun işğaldan azad olunmuş ərazisinə bu il 1820 qr və ya 90 qutudan artıq ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən əhaliyə paylanılıb. Böyük Bəhmənli, Əhmədbəyli, Kərimbəyli, Aşağı Yağlıvənd kəndlərində çəkil ağaclarının müəyyən hissəsinin qorunub saxlanılması, ən əsası isə rayon sakinlərinin baramaçılıq sahəsindəki peşəkarlığı bu sahənin inkişafı üçün stimul yaradır.

Rayonun Böyük Bəhmənli kənd sakini Həsən Zeynalov deyir ki, yaşadığı kəndin əhalisi sovet dövründə baramaçılıqla məşğul olub: “Bu sahədə bizim zəngin təcrübəmiz var. Eşidəndə ki, rayonda baramaçılıq bərpa edilir, tərəddüd etmədən ipəkqurdu götürdük.”

Baramaçılıqla məşğul olan digər sakinlər də qeyd edirlər ki, ipəkqurdu olan otağın teperaturu 24-25C olmalıdır. Keyfiyyətli barama əldə etmək üçün isə gərək, tut yarpağı əskik olmasın. İpəkqurdu yaxşı bəslənildikdə, istehsal edilən barama da keyfiyyətli olur.

Bu il Füzuli rayonunda 4-dan artıq bara istehsal etməlməsi gözlənilir.

_DSC0192 _DSC0198 _DSC0208 _DSC0216 _DSC0221 _DSC0228 _DSC0233 _DSC0238 _DSC0242 _DSC0258

 

Short URL: http://www.cumhuriyyet.net/?p=64361

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930