Azərbaycanlı iş adamının həbsdən çıxış planı – 50 milyonluq təklif

19.05.2016 - 01:40

rrMayamidə həbs olunan Azərbaycan əsilli türkiyəli iş adamı Rza Zərrab pul girovu müqabilində azadlığa çıxmaq istəyir. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “New-York Times” nəşrinin müxbiri Benjamin Veyser Zərrabın vəkilinin məhkəməyə pul təklif etdiyini bildirib. Belə ki, vəkil 10 milyon dollar nəğd olmaqla məhkəməyə ümumilikdə 50 milyon dollar pul təklif edib.
Müxbirin sözlərinə görə, təklif dəyərləndirilsə, Zərrab Nyu-Yorkda qalacaq, orada GPS naviqatoru vasitəsilə izlənəcək və təhlükəsizlik xidmətinin əməkdaşları evinin qapısında 24 saat ərzində keçik çəkəcək. Lakin qeyd olunur ki, prokuror Prit Bharara vəkil Bnjamin Brafmanın bu təklifini rədd edib. Vəkillər isə inadla məsələnin bu yöndə həll olunması üçün ona yenidən müraciət ediblər.
Qeyd edək ki, cənubi azərbaycanlı iş adamı R.Zərrab həyat yoldaşı, müğənni Ebru Gündeşlə Mayamidə istirahətdə olarkən həbs olunub. O, ABŞ-ın İrana olan sanksiyaları nəzərə almayaraq ticarət etmək, dövləti aldatmaq, bankl hesabları ilə oynamaq, “çirkli pulların” yuyulması və digər maddələrlə ittiham olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=64484

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728