Gülər Əhmədovanın müəmma dolu ŞERi: “Niyə unutmusan haqqımı, bala?”

21.05.2016 - 00:19

rrHəbsxanadan çıxdıqdan sonra sanki qeybə çəkilən “QAYNANA” ləqəbli Gülər Əhmədova sosial şəbəkələrdə yeni şeirini yayıb. Maraqlı üslub və jarqonlarla zəngin şeirdə onu unudan bir nəfərə sitəm olunduğu aydın sezilir. 24saat.org xəbər verir ki, sabiq deputata yaxın şəxslərdən biri bu şeirin Əhməd adlı bir gəncə həsr olunduğunu bildirib…
Cumhuriyyet.az 24saat.org saytına istinadən sabiq deputatın yayımladığı həmin şeiri təqdim edir:

Mən sənin əlindən tutmuşam, bala
Qarnını doyurub, əyin-baş alıb
Özümü hər dəfə vermişəm yola
Niyə unutmusan haqqımı, bala?

Mən sənin dərdini çəkmişəm hər gün,
Fələklə vuruşub, tale almışam.
Mənə göndərilən hər hədiyyəni
Sənə pay etmişəm, varlı olmusan.
Niyə unutmusan haqqımı, bala?

Mən səni doğmadan ana olmuşam,
Gör neçə qapıda, neçə ünvanda
Adını çəkmişəm, dayı olmuşam.
Mənimçün ayrılan payı yeməyib
Sənin boğazına tökmüşəm, bala.
Niyə unutmusan haqqımı, bala?

Mən səni çəkmişəm bir gəmi kimi
Mənim yelkənimlə düşmüsən yola.
Bütün küləklərə sipər olmuşam.
Niyə unutmusan haqqımı, bala?

Arxalı olmusan, evli olmusan,
Oğullu-uşaqlı, “naqlıy” olmusan,
Arada qudurub quduz it kimi.
Niyə unutmusan haqqımı, bala?

Pula baş əymisən qibləgah seçib
Dünənin yadından tez çıxıb hələ.
Allahı zopasız görmüsən yəqin.
Niyə unutmusan haqqımı, bala?

Bu ellər, obalar tanıyır səni,
Cırıq şalvarını, yoxsul daxmanı,
Kasıb dədəni də salarlar yada.
Niyə unutmusan haqqımı, bala?

Short URL: http://www.cumhuriyyet.net/?p=64710

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728