Bu gün birinci Dünya Humanitar sammiti öz işinə başlayacaq

23.05.2016 - 10:58

vorldBu gün Türkiyənin İstanbul şəhərində birinci Dünya Humanitar sammiti öz işinə başlayacaq.

Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi forum iki gün davam edəcək.

Beynəlxalq tədbir BMT-ın baş katibi Pan Gi Munun təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiyası İdarəsinin təşkilatçılığı ilə keçirilir.

Sammitdə dünyanın 177 ölkəsindən nümayəndələr, o cümlədən 65 dövlət və hökumət başçısı iştirak edir.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə açılış nitqi çıxış edəcəklər.

Sammitdə Almaniya kansleri Angela Merkel, Ukrayna prezidenti Pyotr Poroşenko, Küveyt əmiri Sabah al- Əhməd əl- Caber əs-Sabah, Niderlandrın baş naziri Mark Rutte, Livanın baş naziri Tammam Salam, habelə Bolqarıstanın baş naziri, Səudiyyə Ərəbistanının xarici işlər naziri, Nigeriyanın, Qırğızıstanın, Madaqaskarın, Makedoniyanın, Çernoqoriyanın, Rusiyanın, Yəmənin və digər ölkələrin liderləri, hökumət başçıları iştirak edirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=64778

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728