Bakıda “Mersedes” qiymətinə “Jiquli” – Foto

23.05.2016 - 15:59

jiquliBakıda 1975-ci il istehsalı olan VAZ 2106 avtomobili satılır.

Baku.vs-in məlumatına görə, hərraca çıxarılan avtomobilə ilkin olaraq 16 min manat qiymət qoyulub.

39000 km sürülümüş avtomobilin ehtiyat hissələri tam originaldır. Salonu qırmızı olan VAZ 2106-nın mühərriki 1.6 gücündədir və avtomobil işlək vəziyyətdədir.

Bununla yanaşı, 1978-ci ilin ZAZ 968 avtomobili də hərraca çıxarılıb. Mühərriki 1.2 l gücündə olan avtomobil 2013-cü ildə sıfırdan yığılıb. Mühərrik və sürət qutusu ideal vəziyyətdə olan ZAZ 968 avtomobilin salonu dəridir. Avtomobilin qiyməti ilkin olaraq 6 min manat müəyyən edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=64840

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728