Azərbaycan dünyada 3-cü yeri tutdu – Çay içməyə görə

24.05.2016 - 15:03

cay“Euromonitor International” şırkəti dünyada ən çox çay və kofe meyilli ölkələri müəyyənləşdirib.

Bu barədə”Vokrug sveta” jurnalına istinadən xəbər verilir.

Dünyada çay içkisini ən çox sevən ölkə Özbəkistan olub. Burada 99,6 % əhali hər gün çay içir. Siyahıda Özbəkistandan sonra Keniya, Azərbaycan, Pakistan, Çin, Misir, Qazaxıstan, Nigeriya və Hindistan gəlir. Böyük Britaniya reytinqin 15-ci yerindədir – bu ölkədə 78,4 % əhalinin çaya sevgisi var.

Kofeni ən çox istifadə edən ölkə isə Qvatemaladır. Burada əhalinin ancaq 0,4 %-i çay içir, digər faiz əhali kofeyə üstünlük verir. Qvatemaladan sonra kofeni sevən ölkələr sırasında Dominikan Respublikası, Braziliya, Kosta-Rika, Yunanıstan, Kolumbiya, Filippin, Danimarka və Venesuela gəlir.

Əhalisinin çaya və kofeyə sevgisinə görə ən balanslaşmış ölkə Avstraliyadır. Burada əhali bərabər səkildə hər iki içkidən yararlanır. ABŞ-da isə kofe sevənlərin sayı çay içənlərdən 3 dəfə çoxdur.

Coğrafi baxımdan isə Asiya dövlətləri daha çox çaya, Şimali və Latın Amerika, Avropa ölkələri isə daha çox kofeyə üstünlük verirlər.

Trend.az

Short URL: http://www.cumhuriyyet.net/?p=64955

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728