Uşaq bağçasına hücum edən ayının VİDEOsu

27.05.2016 - 01:23

rrBu gün axşam saatlarında ayı Oğuzun Xalxal kəndi yaxınlığında yerləşən meşə sahəsindən kəndə hücum edib. Cumhuriyyet.az Kanal S-ə istinadən (Region TV) xəbər verir ki, kənd sakinləri əvvəlcə vəhşi heyvanı hay-küy salmaqla qovmaq istəsə də buna nail olmayıb. Nəticədə heyvan əvvəlcə avtomobilə ziyan vurub, daha sonra mal qaraya xəsarət yetirib. Ayının növbəti hədəfi isə kənddə yerləşən uşaq bağçası olub.
Həmin vaxt bağçada 25 uşaq olsa da xoşbəxtlikdən vəhşi heyvan onlara xəsarət yetirməyib. Vəhşi heyvanın hücumunun qaşısı yalnız onu öldürməklə alınıb. Bağçanın yaxınlığında yaşayan kənd sakini Fazil Şükürov ayıya atəş açaraq onu zərərsizləşdirib. Hazırda ayının quduz olub-olmamasını müəyyən etmək üçün Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=65277

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728