Sürücülərə şad xəbər: köməkçi xidmət fəaliyyətə başlayır

30.05.2016 - 10:24

masin3Azərbaycanda sığorta bazarında ilk dəfə köməkçi xidmət fəaliyyətə başlayacaq.Yeni xidmət qəza baş verəndən sonra bir sıra prosesləri sürücünün yerinə həyata keçirəcək, qarşılığında isə avtomobil sahibi onlara rəsmi ödəniş edəcək.

Qəza törədib nəticələri ilə məşğul olmaq istəməyənlər üçün maraqlı bir xidmət təklif olunur. ANS-in məlumatına görə, bu hazırda Azərbaycanda tətbiq edilməsi düşünülən sığortada yeni servis xidmətin icrası ilə mümkün olacaq. Köməkçi xidmət qəza törətmiş sürücünü istədiyi yerə çatdırmaq, avtomobilin evakuasiyasını təmin etmək, hətta onun təmir etdirib sahibinə qaytarmaq kimi məsələləri əhatə edir.

Xidmətdən istifadədə bir sıra məhduddiyyətlər nəzərdə tutulub. Qəzada xəsarət alan olmamalıdır və maddi zərər 1000 manatı keçməməlidir. Sürücünün yerinə bir sıra prosesləri icra edəcək yeni xidmət avtomobil sahiblərinə cəmi 200-250 manata başa gələcək və tərəflər arasındakı müqavilə ilə tənzimlənəcək.

Müqavilə öncədən bağlanacaq, ödəmə belə hal baş verərsə hadisədən sonra yerindəcə həyata keçiriləcək.

Ekspertlər düşünür ki, yeni xidmətdən istifadədə xüsusi ilə vaxt sarıdan qıtlıq çəkən insanlar üçün əlverişli olacaq. Nəticədə sürücü nə rəsmi qurumlar, nə də sığorta şirkətləri ilə təmasda vaxt itirməyəcəklər. Ekspertlər bunun sığorta şirkətləri ilə yaşanan mübahisələrə də son qoyacağı fikrindədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=65469

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728