Samir Şərifov pensiya islahatı haqda – YENİ QANUN LAYİHƏSİ HAZIRLANIB
Azərbaycanda pensiya islahatlarına uyğun olaraq müvafiq qanun layihəsi hazırlanıb.
Maliyyə naziri Samir Şərifov bunu Milli Məclisdə “2015-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.
“Prezidentin təsdiq etdiyi pensiya islahatlarına uyğun olaraq müvafiq qanun layihəsi hazırlanıb. Yaxın vaxtlarda sənəd Nazirlər Kabineti tərəfindən Prezidentə təqdim ediləcək. Daha sonra parlamentə təqdim edilməsi gözlənilir. Qanun layihəsinin əsas məqsədi pensiyaların yığılmış pensiya kapitalı əsasında formalaşdırılmasıdır”, – deyə nazir qeyd edib.
“Diplomatlara gəlincə, Maliyyə Nazirliyi tərəfindən xüsusi qaydalar təklif olunub. Təklif edilir ki, xaricdə çalışan zamanı əmək haqqının 25%-i pensiya kapitalına yönəldilsin. Lakin Xarici İşlər Nazirliyi (XİN) buna münasibət bildirməyib. Hesab edirəm ki, təklifin qəbulu diplomatların xeyrinə olacaq”, – deyə S.Şərifov əlavə edib.(“Report”)
Short URL: http://www.cumhuriyyet.net/?p=65655