Nazirdən işsizlərə – ŞAD XƏBƏR

02.06.2016 - 11:57

is-axtariramCənub Qaz Dəhlizi (SGC) layihəsinin icrası çərçivəsində 30 min yeni iş yerinin yaradılması gözlənilir ki, bunun da 10 mini Azərbaycanda açılacaq.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Caspian Oil&Gas-2016” konfransında çıxışında edən Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
N.Əliyevin sözlərinə görə, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə işlərin 10%-i artıq yekunlaşıb: “TANAP layihəsinin ümumi dəyəri 9,3 mlrd. dollar, TAP-ın isə 6 mlrd. dollardır. Mayın 7-də başlayan TAP layihəsi üzrə hazırlıq işlərinin 10%-i yekunlaşıb”.
Nazir deyib ki, TAP kəməri ilə Avropaya ixrac ediləcək təbii qazdan Monteneqro, Xorvatiya, Bosniya və Herseqovina da yararlanacaq: “Artıq TAP konsorsiumu tərəfindən Monteneqro, Xorvatiya və Bosniya və Herseqovinaya interkonnektorun çəkilməsi təklif edilib. TAP qazı Bolqarıstanın qaza olan tələbatının 40%-ni təmin etməyə qadirdir. Həmçinin, TANAP Türkiyənin Rusiyadan qaz asılılığından azad edilməsinə kömək edəcək. Digər tərəfdən TANAP qazı Rusiya qazından daha ucuz başa gələcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=65888

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728