Orduya edilən yardım açıqlandı
İyunun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlanıb.
Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, 1 iyun 2016-cı il tarixədək 74.219.200,16 AZN, 212.373,88 ABŞ dolları, 3293,69 avro və 5000,0 rubl vəsait daxil olub.
Fond Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə təsdiq edilib.
Silahlı Qüvvələrə Yardım Fonduna 1 may 2016-cı il tarixədək 73.095.369,76 AZN, 212.373,88 ABŞ dolları, 2993,69 avro və 5000,0 rubl vəsait daxil olub.
1 aprelədək fonda 71 milyon 529 min 243 manat, 211 min 791 ABŞ dolları və 2 min 693 avro vəsait toplanmışdı.
Martın 1-dək bu vəsait 70 milyon 854 min 827 manat, 211 min 791 ABŞ dolları və 2 min 93 avro vəsait yığılıb. Son bir ay ərzində fonda əlavə 674 min 416 AZN və 600 avro vəsait daxil olub.
Fevralın 1-dək yığılan vəsait:
70 074862,27 AZN,
211 791,88 dollar,
2093,69 avro,
Ötən il isə fonda ümumilikdə 60 milyon 603 min 102 manat, 211 min 791 dollar və 593 avro vəsait yığılmışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=65927