Bu gün bu ərazidə su olmayacaq
Bakı şəhəri Nərimanov rayonu Arif Heydərov küçəsində yeni çəkilmiş magistral su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar 3 iyun tarixində gün ərzində Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Qafqazinfo”ya daxil olan məlumata görə, yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Short URL: http://www.cumhuriyyet.net/?p=66041