Keçən ay ən çox tənqid olunan deputat kim olub? – Statistika

03.06.2016 - 12:06

parlamentAzərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin may ayı üzrə analiz işini yekunlaşdırıb.

Cümhuriyyət.az Media Təqib Mərkəzinin deputatlarla bağlı may ayı üzrə məlumatlarını təqdim edir.

2016-cı ilin may ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 25621 xəbər yerləşdirilib. Bunlardan 293 xəbər mənfi, 8 xəbər müsbət və 25320 xəbər isə neytraldır.

Mənfi xəbərlər arasında liderlər: İqbal Məmmədov (106 xəbər – Lerik rayonunda sakinlərin şikayəti, rayonu yazılmamış qanunlarla idarə etməsi, deputatın yaratdığı anarxiyanın pik həddə çatması və s.), Cavanşir Paşazadə (49 xəbər – şikayət, qanunları kobud şəkildə pozması iddiası), Nəriman Əliyev (49 xəbər – seçiciləri Eldar Mahmudovla əlaqəsi, mandatını itirməsi təhlükəsi). Müsbət xəbərlər isə Cavanşir Feyziyevə (8 xəbər – deputata Beynəlxalq Türk Akademiyasının qızıl medalı təqdim edilib) məxsusdur.

Xəbər sayına görə sıralama:

1. Mehriban Əliyeva – 4264 xəbər
2. Rövnəq Abdullayev – 1867 xəbər
3. Oqtay Əsədov – 1212 xəbər
4. Qənirə Paşayeva – 923 xəbər
5. Bahar Muradova – 913 xəbər
6. Zahid Oruc – 809 xəbər
7. Vahid Əhmədov – 732 xəbər
8. Siyavuş Novruzov – 708 xəbər
9. Cavid Qurbanov – 707 xəbər
10. Əflatun Amaşov – 633 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 2894 xəbər dərc edilib. Bu xəbərlərdən 2878-i neytral, 16-sı isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Mirkazım Kazımova (13 xəbər – “Azadlıq” qəzetinə borcunu ödəməməsi), Cavid Qurbanov (2 xəbər – özgə əmlakını mənimsəməsi iddiası), Cavanşir Paşazadə (1 xəbər – şikayət) və Siyavuş Novruzova (1 xəbər – yalan danışması iddiası) məxsusdur. May ayında bu sektorla əlaqəli yazılı mətbuatda müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1. Mehriban Əliyeva – 455 xəbər
2. Siyavuş Novruzov – 147 xəbər
3. Oqtay Əsədov – 135 xəbər
4. Bahar Muradova – 133 xəbər
5. Rövnəq Abdullayev – 114 xəbər
6. Əflatun Amaşov – 93 xəbər
7. Vahid Əhmədov – 80 xəbər
8. İsa Həbibbəyli – 77 xəbər
9. Zahid Oruc – 65 xəbər
10. Cavid Qurbanov – 57 xəbər

May ayında televiziya kanallarında deputatlar haqqında 2678 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1. Mehriban Əliyeva – 333 xəbər
2. Rövnəq Abdullayev – 131 xəbər
3. Bahar Muradova – 125 xəbər
4. Oqtay Əsədov – 122 xəbər
5. Əflatun Amaşov – 106 xəbər
6. Siyavuş Novruzov – 101 xəbər
7. İsa Həbibbəyli – 97 xəbər
8. Qənirə Paşayeva – 94 xəbər
9. Cavid Qurbanov – 87 xəbər
10. Elman Nəsirov – 87 xəbər

Radio kanallarında may ayında bu sektorla əlaqəli 216 xəbər verilib.

Xəbər sayına görə sıralama:

1. Mehriban Əliyeva – 110 xəbər
2. Rövnəq Abdullayev – 31 xəbər
3. Oqtay Əsədov – 21 xəbər
4. Ziyafət Əsgərov – 11 xəbər
5. Cavid Qurbanov – 9 xəbər
6. Bahar Muradova – 7 xəbər
7. Elman Nəsirov – 5 xəbər
8. Əli Hüseynli – 4 xəbər
9. Siyavuş Novruzov – 3 xəbər
10. Vahid Əhmədov – 3 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=66045

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728