“Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən “Gənclərin Bilik Olimpiadası” adlı layihənin növbəti seçim turu keçirilib

06.06.2016 - 16:58

IMG_6203“Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən “Gənclərin Bilik Olimpiadası” adlı layihənin növbəti seçim turu keçirilib.

03 iyun 2016-cı il tarixində “Odlar Yurdu” Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Bilik Olimpiadası”adlı layihənin növbəti seçmə turu keçirilib.

Seçmə turun rəsmi hissəsində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə Kazımova, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyin baş katibi Ləman Muradova, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, “Mənim təhsilim – mənim gələcəyim” kampaniyanın rəhbəri Rəşad Bayramov , “Odlar Yurdu” Universitetin Tələbə-Gənclər Təşkilatının sədri Səbinə Fərmanova və fəal tələbələr iştirak etmişdir.

İlk öncə qonaqları salamlayan Universitetin Tələbə – Gənclər Təşkilatının sədri Səbinə Fərmanova tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı.

Sonra “Yeni Gələcək” Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, həyata keçirilən layihənin əsas məqsədi gənclərin elm və yaradıcılıq potensialının nümayiş etidirilməsi üçün əlverişli şəraitin yaradılması, eyni zamanda istedadlı və potensiallı gəncləri müəyyən etmək və gələcəkdə onların potensialını inkişaf etdirmək yolunda mühüm addımların atılmasından ibarətdir. L.Muradova qeyd etmişdir ki, intellektual oyunlar müasir dövrün ən prioritet məsələlərindədir və biz də ölkəmizdə bu sahədə olan istedadların üzə çıxarılmasını əsas məqsəd kimi qarşımıza qoymuşuq.

Qeyd edilən sahə üzrə ekspert kimi dəvət olunmuş “Mənim təhsilim – mənim gələcəyim” kampaniyanın rəhbəri Rəşad Bayramov elmə, təhsilə olan marağın artırılması, liderlik, komandada işləmək bacarığı kimi xüsusiyyətlərin üzə çıxarılması istiqamətində gənclərin ictimai fəallığını və sosial aktivliyini təmin edilməsi məsələlərlə bağlı məlumat vermişdir. R.Bayramov bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb, həm də Gənclər Fondunun hər bir gəncə dəstək verməklə ölkəmizdə gənclərin potensialının üzə çıxarılmasının müsbət əhəmiyyətini, olimpiadanın gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, onların bilik və bacarıqlara yiyələnməsi baxımından önəmini qeyd etmişdir.

Sonda çıxış edən Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov bildirmişdir ki, Ümummilli lider Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində оnların rоluna yüksək qiymət vermişdir. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, – deyən müdrik rəhbər Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görmüşdür. Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin gənclərin təhsilinə, elminə göstərdiyi xüsusi diqqət və qayğısı göz qabağındadır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana Yeni Məktəblər” layihəsi çərçivəsində inşa edilən yüzlərlə məktəb bu sahəyə xüsusi diqqət və qayğının bariz nümunəsidir.

Rəsmi hissədən sonra “Gənclərin Bilik Olimpiadası”nın növbəti seçmə turuna start verilmişdir. Qeyd edək ki, layihə çərçivəsində 9 müxtəlif ali və orta ixtisas müəssisələrinin tələbələri arasında bilik olimpiadası keçirilir və “Odlar Yurdu” Universiteti artıq altıncı təhsil müəssisəsidir. Xatırladaq ki, layihənin açılış və ilk seçmə turu Azərbaycan Kooperasiya Universitetində, ikinci seçmə turu  Bakı Biznes və Kooperasiya Kollecində, üçüncü seçmə turu “Bakı Avrasiya” Universitetində, dördüncü seçmə turu Bakı Sosial Pedaqoji Kollecində, beşinci seçmə turu isə “Təfəkkür” Universitetində keçirilmişdir. Sonda layihənin bağlanışı və bilik olimpiadanın final mərhələsi keçiriləcəkdir. “Gənclərin Bilik Olimpiadasında” qalib gəlmiş tələbələr “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən mükafatlandırılacaqlar.

IMG_6222 IMG_6268 IMG_6274 IMG_6275

Short URL: http://www.cumhuriyyet.net/?p=66303

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728