“Nar” və “Rabitə” idman klubunun yetişdirdikləri balaca boksçular ilk uğurlarına imza atıblar

08.06.2016 - 12:22

boksMobil operatorun dəstəyi ilə peşəkar boks məşqlərinə qatılmış balacalar 3 medal qazanıblar

“Nar” operatorunun tərəfdaşı olan “Rabitə” idman klubu qələbələr seriyasına davam edir. Boks klubu özünün növbəti uğurunu 1 saylı Uşaq gənclər idman məktəbinin (UGİM) 28 may – Respublika gününə həsr olunmuş boks üzrə məktəblilər arasındakı açıq birinciliyində  qazanıb. Belə ki, 18-20 may 2016-cı il tarixləri arasında keçirilmiş yarışda iştirak edən “Rabitə” idman klubunun boksçuları 7 qızıl, 4 gümüş və 6 bürünc olmaqla 17 medal əldə ediblər.

Qeyd edək ki, “Nar” və “Rabitə” idman klubunun birgə həyata keçirdikləri “Kimsəsiz uşaqlara və aztəminatlı ailələrin övladlarına dəstək” layihəsinin nəticəsi olaraq bu yarışda iştirak edən 3 azyaşlı idmançı – Rəsul Məmmədov, Fərid Şükürov və Həsən Hüseynov müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutmaqla yüksək nailiyyət göstəriblər.

“Nar” operatoru “Rabitə” idman klubunun baş sponsorudur. Bu sponsorluq çərçivəsində mobil operator idman sahəsinə öz əvəzsiz töhfəsini verməklə yanaşı, bir sıra sosial layihələr həyata keçirir. İdman və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsinə yönəlmiş layihə çərçivəsində “Nar” kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar üçün “Rabitə” idman klubunda pulsuz peşəkar boks məşqlərinin keçirilməsinə dəstək olur.

Şirkətin Korporativ Məsuliyyət Strategiyası (KSM) çərçivəsində həyata keçirilən layihələr haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən ala bilərsiniz.

Short URL: http://www.cumhuriyyet.net/?p=66518

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728