Ölkələrin təhlükəsizlik üzrə reytinqi açıqlandı

08.06.2016 - 17:14

Son 25 ildə terrorizm qurbanlarının sayı rekord həddə çatıb. ANS PRESS-in məlumatına görə, bu haqda Qlobal sülhsevərlik indeksinin 2015-ci ilə dair hesabatında deyilir.

Qlobal sülhsevərlik indeksini tərtib edən ekspertlərinin fikrincə, ötən ilki qurbanların sayı bütün dünya üzrə hələ də hesablanmayıb. Amma son üç il ərzində terror hadisələri nəticəsində ölənlərin sayı ekpertlər tərəfindən belə hesablanıb: Avropada onların sayı 281 nəfər, Şimali Amerikada 79 nəfərdir. Bütün dünyada terror aktının qurbanlarının sayı 2014-cü ildə 30 min nəfəri keçib. Bu da son üç il ərzində ölənlərin sayının 3 dəfə artması deməkdir.

Ekspertlər hesab edir ki, dünyada hazırkı zorakı vəziyyət ötən onillik ərzində ən yüksək həddə çatıb. Dünyada qaçqınların sayı get-gədə artır. Onların sayı İkinci Dünya müharibəsindən sonra rekord həddə çatıb. Ekspertlər siyasi terror və xarici hərbi münaqişələrin artması barədə də öz fikirləri ilə bölüşüblər.

Ekspertlərin hazırladıqları reytinqdə İslandiya ən təhlükəsiz ölkə kimi təqdim olunub. Bundan başqa təhlükəsiz ölkələr siyahısının ilk onluğuna bir sıra Avropa ölkələri, Yeni Zerlandiya, Kanada və Yaponiyan daxil olunub.

163 ölkədən ibarət siyahıda Rusiya 151-ci, Türkiyə 145-ci, Azərbaycan 134-cü yerdədir. Rusiya Ukrayna və Türkiyə ilə bağlı münaqişələrinə, Türkiyə Rusiya, PKK və Suriyada baş verən hadisələrə görə, Azərbaycan isə Ermənistanla olan münaqişəsinə görə, qismən təhlükəli ölkələr siyahısındadır.

Yaşamaq üçün ən təhlükəli ölkələr sırasına isə aiddir:

Short URL: http://www.cumhuriyyet.net/?p=66579

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728