“Whatsapp”dan əyləncəli yenilik

09.06.2016 - 10:51

vh“Whatsapp”a daha bir yenilik əlavə olunur. Anspress-in məlumatına görə, proqramın istifadəçiləri bundan sonra bir-birlərinə GIF qovluqlar da göndərə biləcəklər. Adı çəkilən yenilik hazırda İOS platformalı telefonlarda “WhatsApp”ın 2.16.7.1 versiyasında “beta” formada təqdim edilib.

Bir müddət əvvəl ani mesajlaşma xidməti “WhatsApp”a daha bir yenilik əlavə edilib. Mart ayında sənədlərin transferinə icazə verən “WhatsApp” artıq zip qovluqların da göndərilməsini mümkün edib.

Mobil proqram tətbiqi vasitəsilə yaxın zamanlarda təkcə PDF faylları deyil, eyni zamanda zip qovluqları da telefon kitabçasında olan şəxslərə göndərmək mümkün olacaq.

Yeniliklər ilk olaraq beta rejim istifadəçiləri tərəfindən test ediləcək. Bir müddət sonra bütün android və iOS istifadəçilərinə təqdim ediləcək.

Daha əvvəl isə öz istifadəçi sayını rekord həddə – 1 milyarda çatdıran “WhatsApp” daha bir yeniliklə istifadəçilərini sevindirib. Yeniliyə görə, “WhatsApp” vasitəsilə PDF sənədləri də göndərmək mümkün olacaq.

“iOS” və “Android” sistemli telefonlara tətbiq edilən yeni xidmət hələ ki “Windows” sistemli telefonlara şamil edilmir.

Short URL: http://www.cumhuriyyet.net/?p=66621

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31