Astroloji proqnoz – 11 iyun
Qoç – Maliyyə məsələlərinin həllində uğur qazana bilərsiniz. Hansısa riskli hərəkət və ya yeni işə başlamaq məsləhət deyil.
Buğa – Həmkarlarınızla mülayim davranın. İstirahətə vaxt ayırın.
Əkizlər – Uğurlu gün hesab etmək olar. Günün ikinci yarısında maraqlı görüş və qonaqlıqlarda iştirakınız gözlənilir.
Xərçəng – Seçim qarşısında qalacaqsınız. İndi konkret addım atmaq vaxtıdır.
Şir – Gərginliklə mübarizə aparmalı olacaqsınız. Yay tətilində haraya gedəcəyinizi bu gün qərarlaşdıracaqsınız.
Qız – Sürprizlərlə dolu gündür. Passiv olmayın. Axşam saatlarında mübahisədən çəkinin.
Tərəzi – Sağlamlıqla bağlı problemləriniz azalacaq. Nahardan sonra istirahətə vaxt ayırın.
Əqrəb – Gün romantik stiuasiyalarla dolu olacaq. Sevindirici xəbər alacaqsınız.
Oxatan – Əsas vaxtınızı istirahətə həsr edin. Yeni əməkdaşlıq haqqındakı planlarınızı təxirə salın.
Oğlaq – Bu gün hansısa ciddi bir iş görməyiniz çətindir. Qonaq getmək və ya dostlarla əylənmək üçün uyğun zamandır.
Dolça – Aayın ən uğurlu və maraqlı günlərindən birini yaşayacaqsınız. Şəxsi işlərinizdə müsbət dönüş baş verəcək.
Balıq – Səbəbsiz narahatçılığınızı dəf etmək üçün yeni mühitdə, yeni insanlar arasında olmağınız məsləhətdir. Bu səbəbdən qonaq getməyə hazırlaşın. Səhhətinizə fikir verin.
Short URL: http://www.cumhuriyyet.net/?p=66815