DSK: Azərbaycanda əhalinin 35,9%-i siqaret çəkir

11.06.2016 - 17:51

dskAzərbaycanda siqaret çəkən qadınlar orta hesabla gündə 10, kişilər isə 16,2 ədəd siqaret çəkirlər.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir.

2014-cü ildə ev təsərrüfatları tədqiqatının məlumatlarına əsasən, Azərbaycanda 15-64 yaşlı qadınlar arasında siqaret çəkmə halı qeydə alınmayıb. Bu yaş qrupunda olan kişilərin 0,9 faizi, 20-44 yaş qrupunda olan kişilərin 29,6 faizi, 45-64 yaş qrupu arasında olanların 51,2 faizi, 65 və yuxarı yaşda olan kişilərin isə 36,6 faizi siqaret çəkir.

65 və yuxarı yaşda olan qadınların isə 0,1 faizi siqretdən istifadə edir.

Əhalinin 35,9 faizi siqaret çəkir ki, bunun da mütləq əksəriyyətini 15 və daha yuxarı yaşda olan kişilər təşkil edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=66820

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31