Nazir “Son zəng”lə bağlı əmr verdi

13.06.2016 - 10:12

son-zengTəhsil naziri Mikayıl Cabbarov Azərbaycanda “Son zəng” tədbirinin keçirilməsi haqqında əmr imzalayıb.

Cümhuriyyət.az report-a istinadən bildirir ki, əmrin imzalanmasında məqsəd respublikanın ümumtəhsil məktəblərində ənənəvi “Son zəng” tədbirinin mütəşəkkil keçirilməsini təmin etməkdir.
Əmrə əsasən, “Son zəng” tədbiri iyunun 14-də yalnız müəssisənin ərazisində təşkil olunacaq.
Əmrdə qeyd olunur ki, “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin iştirakı təmin edilməlidir.

Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, bilavasitə Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işləri aparıb, şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər görməlidirlər.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=66897

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31