“Facebook”dan daha bir – YENİLİK

14.06.2016 - 11:04

facebook2020-ci ilədək internetdə bütün istifadəçi trafikinin 82 faizi videonun payına düşəcək.

“Facebook” sosial şəbəkəsi şərhlərə video yerləşdirmək funksiyasını istifadəçilərin ixtiyarına verib. Bu barədə şirkətin bloqunda deyilir.

Oxu.Az ictnews.az-a istinadən xəbər verir ki, layihə rəhbəri Bob Bolduinin məlumatına görə, yeni servislə bağlı ideya bu ilin fevralında 50-ci “Hackathon” tədbiri zamanı yaranıb.

Şərhlərə videonun əlavə edilməsi sosial şəbəkənin brauzer versiyasında, eləcə də “Android” və “iOS” əməliyyat sistemləri üçün əlavələrdə işləyir.

Yeni funksiya son vaxtlar vizual xidmətlərə daha çox diqqət yetirən “Facebook”un inkişaf istiqamətinə uyğundur. “Multimedia Posts” və “Live Video” servisləri ilə yanaşı, şirkət iyunda istifadəçilər üçün dairəvi panoramları dərc etmək imkanı təqdim edib.

“Cisco Visual Networking Index” proqnozuna görə, 2020-ci ilədək internetdə bütün istifadəçi trafikinin 82 faizi videonun payına düşəcək.

Həmin müddətdə internetdə hər ay ötürüləcək bütün videolara baxmaq üçün istifadəçiyə təxminən 5 milyon il lazım olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=67025

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31