Bakıda bağlanan iki avtobus marşrutu işini bərpa edib

16.06.2016 - 12:00

avtobus2Bakı şəhərində iyunun əvvəlində “Xaliq Faiqoğlu” şirkətinin bağlanan avtobus marşrut xətlərinin fəaliyyəti bərpa olunub.

“Report”un əldə etdiyi məlumata görə, bağlanan üç marşrut xəttindən ikisi yenidən eyni hərəkət trayektoriyası ilə iş qrafiklərini icra edir. Bərpa olunan xətlər 18 və 96 nömrəli marşrutlardır.

Qeyd edək ki, adıçəkilən xətlərin fəaliyyətinin bərpa olunmasına dair Bakı Nəqliyyat Agentliyinin rəsmi qərarı hələlik açıqlanmayıb.

Xatırladaq ki, iyunun 9-da Bakı Nəqliyyat Agentliyinin qərarı ilə şirkətə məxsus üç marşrut xəttinin fəaliyyəti məhdudlaşdırılıb. Agentlik bu qərarını daşıyıcının Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməməsi ilə əsaslandırmışdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=67262

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31