Telefonda işlədiyiniz barmağa görə xarakteriniz – FOTOLAR

18.06.2016 - 19:08
barmaqƏgər psixologiya oxuyan ya da psixoloq dostunuz varsa davranışlarınıza, hərəkətlərinizə görə sizin xarakterinizi, ruhi vəziyyətinizi təhlil edə, sizə müəyyən fərziyyələrini deyə bilər. Çox vaxt biz bu cür fikirləri qulağardı etsək də, bəzən düzgün çıxanlar da az olmur.

Problemləri həlletmə tərziniz, oturuş formanız sizin barədə əslində çox şey deyir. Bu tip davranışlardan biri də gün ərzində demək olar ki, əlimizdən düşməyən smartfonları hansı formada işlətməyinizlə bağlıdır. Heç də hər kəs ekrana eyni barmaqla toxunmur. Bütün bunlar sizin xarakterinizlə bağlı bəzi məlumatlar verir.
Əgər Şəhadət Barmağınızdan istifadə edirsinizsə..
Siz çox diqqətli adamsınız. Bütün diqqətinizi məşğul olduğunuz işə verməyi bacarır və müvəffəqiyyətlə bitirmədən dayanmırsınız. Ətrafınızda olan insanlar sizdə liderlik xüsusiyyətlərinin olduğunu düşünür. Sizin güclü kommunikasiya qabiliyyətinizin olmasının da bunda böyük rolu var.
Əgər orta barmağınızdan istifadə edirsinizsə…
 
Siz biraz tələskən adamsınız. Çox güclü xarakteriniz var və digərləri bunu uzaq məsafədən də hiss edir. Siz ağlınızdan keçənləri açıq-açıq deməkdən çəkinmirsiz. Ancaq bəzən rahat olmağı da unutmamalısınız.
Əgər baş barmağınızdan istifadə edirsinizsə…
 
Siz nə iləsə məşğul olmaqdan zövq alırsınız. Həmişə görməli olduğunuz çox işiniz var və bundan narahat olmursunuz. Sizin çılğınlığınız və əyləncəli olmağınız xarakterinizə çevrilib. Özünüzə və istirahətinizə vaxt ayırmağı çox sevirsiniz.
Əgər çeçələ barmağınızdan istifadə edirsinizsə…
 
Siz yaradıcı ruha sahibsiniz. Özünüzə sadə, ancaq maraqlı gələcək məşğuliyyətlər tapırsınız. Həmişə yeni ideyalara və problemləri fərqli həll etməyə meyllisiniz. Öz yolunuza davam edin.(pahoo.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=67447

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31