Tikintisi davam edən Sumqayıt bulvarından son görüntülər – FOTOLAR

20.06.2016 - 11:50

bulvarSumqayıtda dənizkənarı yeni bulvar sakinlərin istifadəsinə verildikdən sonra şəhərin simasını tamamilə dəyişəcək

Dövlətimizin başçısının tapşırığına əsasən Sumqayıt sakinlərinin, eləcə də qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa vaxt ərzində dənizkənarı bulvarda ən müasir infrastruktur yaradılır.

Yeni bulvarda müasir tələblərə cavab verən müxtəlif xidmət və iaşə obyektlərinin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Sumqayıt bulvarı özünəməxsus gözəlliyi ilə turistlərin diqqətini cəlb edəcək. Ərazidə uşaqların və yeniyetmələrin əyləncəsi də nəzərə alınıb.

Hazırda Sumqayıt bulvarında genişmiqyaslı tikinti və yaşıllaşdırma tədbirləri paralel aparılır.

Sumqayıtda qısa müddət ərzində ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan ərazidə bulvarın inşasına başlanıldı. Hazırda bulvarda 4,2 kilometr uzunluğunda istinad divarı çəkilib və bulvarın 1000 metrlik hissəsində işlər tamamlanmaq üzrədir.

Gənclər şəhəri üçün böyük əhəmiyyət daşıyan bulvarda şəhər sakinlərinin piyada gəzintisi, kiçikölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də eni üç metr olan xüsusi hərəkət zolağı salınır.

Bununla yanaşı bulvarda istirahət obyektləri, atraksionlar, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri, müasir tipli otellər, kinoklub, idman infrastrukturu və çoxmərtəbəli yaşayış binaları inşa ediləcək, çimərlik zonasında da əsaslı işlər görülərək sakinlərin istifadəsinə veriləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.

Sumqayıtda dənizkənarı yeni bulvar sakinlərin istifadəsinə verildikdən sonra şəhərin simasını tamamilə dəyişəcək.
Bolgexeber.com hazırda tikilməkdə olan Sumqayıt bulvarından çəkilən fotoları təqdim edir:
Tikintisi davam edən Sumqayıt bulvarından son görüntülər-FOTOLAR

Short URL: http://www.cumhuriyyet.net/?p=67484

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31