Bakı bulvarı açılır
Formula 1 Şəhərciyinin olduğu Bakı bulvarı açılır.
Anspress bildirir ki, olduğu Milli Dənizkənarı Park ərazisi iyunun 15-i, gecə saat 00:00-dan etibarən bağlanmışdı. Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 20-si günorta saat 12:00-da aradan qaldırılacaq.
Qeyd edilən günlərdə bulvar ərazisinə ancaq “Formula 1” yarışına bileti olan azarkeşlər buraxılıb.
Şəhər sakinləri bu günlər ərzində ancaq Park Bulvar alış-veriş mərkəzindən istifadə edə biliblər.
Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-ü, gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlı olub. Bu yerlərdə nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət isə iyunun 21-i səhər saat 06:00-da aradan qaldırılacaq.
Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinin qalibi alman Niko Rosberq olub.
Kuboklar ikinci yerin sahibi Sebastian Fettel, üçüncü yerin Serxio Peres olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=67503